Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bunu da gördük - Bakıda üç qadın kişini döyüb pəncərədən atdı

© Sputnik / Rahim MuradovPolis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları
Polis Patrul Xidməti və Təcili Tbbi Yardım maşınları - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinədən sonra ona başının kəsilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib.

BAKI, 20 mart – Sputnik. Bakıda qonşular arasında dava baş verib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunun “Kubinka” deyilən ərazisində qeydə alınıb.

Ağstafada 12 il əvvəl başlayan qan davası daha 4 nəfərin qətlinə 3 nəfərin isə yaralanmasına səbəb olub - Sputnik Azərbaycan
HADİSƏ
Dava edən nişanlıları ayıran bacı komaya düşdü

Davada 1987-ci il təvəllüdlü Rəhmanov Əlibala Azad oğlu və onun xalası oğlu ağır bədən xəsarətləri alıblar.

Belə ki, yaşadığı mənzil plana düşdüyü üçün əşyalarını götürməyə gələn şəxslərlə qonşular arasında mübahisə düşüb. Sonda mübahisə dava ilə nəticələnib.

Üçü qadın olmaqla dörd nəfər R. Əlibalanın baş nahiyəsinə üzərində mismarlar olan taxta parçası ilə zərbələr endiriblər və sonra onu ikinci mərtəbədən yerə atıblar.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinədən sonra ona başının kəsilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0