CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Canavar iki aya kəndlinin 30-dan cox heyvanını tələf edib

Abunə olmaq
Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib. Bu artıq kənddə baş verən ikinci belə hadisədir.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 18 mart – Sputnik. Oğuzda canavarlar növbəti dəfə kəndə hücum edib. Hadisə rayonun Bayan kəndində qeydə alınıb. Kəndə hücum edən bir neçə canavar kənd sakini Adil Cabbarovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə soxulub. Canavarlar tövlədə olan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 2 heyvanı aparıb daha 14 baş heyvanı isə yaralayıb.

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib. Bu artıq kənddə baş verən ikinci belə hadisədir.

Məlum olub ki ay əvvəl qonşuluqda olan ailəyə canavar külli miqdarda ziyan vurub. Belə ki, o keçən ay qonşunun 20 başdan artıq heyvanını tələf edib. Canavarların parçaladığı heyvanlar səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.

Lakin bütün bunlara baxmayaraq kənddə qorxu və narahatlıq var. Kəndlilər iki canavarın tez-tez kənd mərkəzində və yaşayış massivində görüldüyünü bildiriblər.

Xəbər lenti
0