CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyadan gəlib doqquz min adamı qazsız qoydu

© Sputnik / Elvin AhmadГазовая плита
Газовая плита - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobilin vurduğu, diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb

BAKI, 12 mart — Sputnik. Bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı "Volvo" markalı yük avtomobili ilə qəza törədilib. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Belə ki, həmin avtomobillə vurulan, diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.

Xəbər lenti
0