Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın törətdikləri bəs deyil, hələ bir...

© pixabay / SkeezeПожарники тушат огонь
Пожарники тушат огонь - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlara əkin və bağ sahələrində təmizlik işləri aparan zaman ehtiyatlı olmağı və təmizlədikləri quru otları ərazilərdə yandırmamağı məsləhət biliblər.

BAKI, 12 mart — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə mart ayının 9-da rayonun Nügədiqazmalar və martın 10-da Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini, Hikmət Mirzəyev və Firudin Pənahəliyev saxlanılıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin hadisə qanuna müvafiq araşdırılır.

© AR Ministry of Internal AffairsHikmət Mirzəyev və Firudin Pənahəliyev
Yanğın törətdikləri bəs deyil, hələ bir... - Sputnik Azərbaycan
Hikmət Mirzəyev və Firudin Pənahəliyev

Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildirərək, vətəndaşlara əkin və bağ sahələrində təmizlik işləri aparan zaman ehtiyatlı olmağı və təmizlədikləri quru otları ərazilərdə yandırmamağı məsləhət biliblər.

Xəbər lenti
0