CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerikdəki insan ölümü ilə nəticələnmiş uçqun faciəsi - Kimdir günahkar

© Sputnik / Rahim MuradovDağılmış ev
Dağılmış ev - Sputnik Azərbaycan
Abunə olmaq
Arif Əlirzayevin oğlu, 2002-ci il təvəllüdlü Kamran Əlirzayev isə özünü pəncərədən ataraq xilas ola bilib.

BAKI, 7 mart - Sputnik. Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində ölən və yaralananlar var. Sputnik Azərbaycan-ın verdiyi xəbərə əsasən, hadisə bu gün səhər saatlarında ucqar Çayrud kəndində baş verib. Belə ki, Çayrud kənd sakini Arifə Əlirzayevə məxsus fərdi yaşayış evi torpaq sürüşməsi nəticəsində tamamilə dağılıb. Evdə olan ailə üzvləri dağıntılar altında qalaraq xəsarət alıblar. Hadisə nəticəsində xəsarət alan ailə üzvlərini Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ev sahibi Arif Əlirzayevin xəsarətləri ağır olduğundan o, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Xəsarət alan digər iki ailə üzvü - 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva və 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva xəstəxanada ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar. A.Əlirzayevin oğlu, 2002-ci il təvəllüdlü Kamran Əlirzayev isə özünü pəncərədən ataraq xilas oluna bilib.

© Sputnik / Rahim MuradovDağılmış ev
Lerikdəki insan ölümü ilə nəticələnmiş uçqun faciəsi - Kimdir günahkar - Sputnik Azərbaycan
Dağılmış ev

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini və Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, operativ olaraq RİH və FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları hadisə yerinə gəliblər: “Ayın 7-si səhər saatlarında, 07:30-da Çayrud kəndində Əlirzayev Arif Mirdadaş oğluna məxsus yaşayış evi böyük torpaq kütləsinin sürüşməsi nəticəsində tam qəza vəziyyətinə düşüb, həmin dəqiqə rayon icra hakimiyyətinə məlumat verilib. Biz gələnədək evin uçqunları altında qalan 4 şəxsin xilasetməsi ilə məşğul olublar. Bununla əlaqədar ETSN-ə müraciət edilib və eləcə də FHN-ə məlumat verilib. Ev 2 mərtəbəli və 1 mansard hissə olmaqla tikilib və bütün tikinti normalarına uyğun olaraq inşa olunub. Lakin yamacda tikildiyindən böyük torpaq kütləsi sürüşərək evi basıb və bu cür böyük bir faciə baş verib”.

© Sputnik / Rahim Muradov
Dağılmış ev - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rahim Muradov
Dağılmış ev - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rahim Muradov
Dağılmış ev - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Ev sahibi mərhum Arif Əlirzayevin qardaşı Rövşən Əlirzayevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, isə qardaşının evinin yerləşdiyi ev dağ yamacında torpaq 6 metr sürüşərək qabağa gəlib. “Kəndimizdə qumsal torpaqlar olduğu üçün bu ərazilərdə sürüşmə hadisələri heç vaxt baş verməyib. 5-6 gün bundan qabaq sulu qarın yağması və sonradan yüksək temperaturun müşahidə edilməsi ehtimala görə torpaq qatının sürüşməsinə səbəb olub. Evə gəldikdə isə, 8 il əvvəl tikilib və tikinti normalarına uyğun olaraq inşa edilib. Evlə yamac arasında 6 metrlik istinad beton divarı var idi, ev də betondan idi, 1-ci və 2-ci mərtəbə arasında monolit beton idi. Evin qabağında da 12 metrə yaxın məsafə var idi”.

© Sputnik / Rahim MuradovDağılmış ev
Lerikdəki insan ölümü ilə nəticələnmiş uçqun faciəsi - Kimdir günahkar - Sputnik Azərbaycan
Dağılmış ev

Məlumat üçün bildirək ki, hadisə nəticəsində ev yiyəsinə məxsus “Niva” markalı minik avtomobili də dağıntılar altında qalıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0