CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Güclü külək şimal bölgəsində fəsadlar törətdi - FOTOLAR

© Azerishiq Open Joint Stock CompanyGüclü külək şimal bölgəsində fəsadlar törətdi
Güclü külək şimal bölgəsində fəsadlar törətdi - Sputnik Azərbaycan
Abunə olmaq
Ağacların, fərdi yaşayış evlərinin və müxtətif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində qaz və işıq xətləri qırılaraq yararsız hala düşüb.

BAKI, 7 mart - Sputnik. Bu gün gecə saatlarından ölkənin Şimal bölgəsində başlayan güclü külək həm işıq, həm də qaz təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə "Azərişıq" ASC və "Azəriqaz” İstehsalat Birliyi birgə məlumat yayıb.

Məlumatda bildirilir: "Ağacların, fərdi yaşayış evlərinin və müxtətif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində qaz və işıq xətləri qırılaraq yararsız hala düşüb. İşıq dirəkləri yerindən qoparaq aşıb, qaz tənzimləyici şkaflar və sayğaclar zədələnib. Əsasən Xudat şəhərinin həm mərkəzində, həm də Muxtadır, Vələmir və digər kənd və yaşayış massivlərində fəsadlar qeydə alınıb. İlkin olaraq 30-a yaxın işıq dirəyinin aşdığı, işıq xətlərinin qırıldığı, ayrı-ayrı yerlərdə 57 mm diametrində qaz xətlərinin zədələndiyi qeydə alınıb. İşıq və qaz təchizatında müvəqqəti olaraq fasilələr yaranıb. Lakin hər iki qurumun qarşılıqlı birgə fəaliyyəti nəticəsində məlumat mübadiləsi aparılır, fəsadların aradan qaldırılması üçün dərhal tədbirlər görülür".

© Azerishiq Open Joint Stock CompanyGüclü külək şimal bölgəsində fəsadlar törətdi
Güclü külək şimal bölgəsində fəsadlar törətdi - Sputnik Azərbaycan
1/3
Güclü külək şimal bölgəsində fəsadlar törətdi
© Azerishiq Open Joint Stock CompanyGüclü külək şimal bölgəsində fəsadlar törətdi
Güclü külək şimal bölgəsində fəsadlar törətdi - Sputnik Azərbaycan
2/3
Güclü külək şimal bölgəsində fəsadlar törətdi
© Azerishiq Open Joint Stock CompanyGüclü külək şimal bölgəsində fəsadlar törətdi
Güclü külək şimal bölgəsində fəsadlar törətdi - Sputnik Azərbaycan
3/3
Güclü külək şimal bölgəsində fəsadlar törətdi
1/3
Güclü külək şimal bölgəsində fəsadlar törətdi
2/3
Güclü külək şimal bölgəsində fəsadlar törətdi
3/3
Güclü külək şimal bölgəsində fəsadlar törətdi

Yaranmış vəziyyət "Azəriqaz" İB və "Azərişiq" ASC rəhbərliklərinin nəzarəti altındadır. narahatlıqlar barədə hər iki qurumun çağrı mərkəzlərinə ("Azərişiq" ASC - 199 və "Azəriqaz" İB -104/185) məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0