CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Quba yolunda dəhşətli qəza: bir kənddə 3 ailə yasa qərq oldu

© Photo : APAQəza yerində, arxiv şəkli
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Tofaş" markalı avtomobillə "KamAZ" yük maşını toqquşub, 3 nəfər yerindəcə həlak olub

Leyla Abdullayeva,  Sputnik  Azərbaycan

BAKI, 6 mart — Sputnik. Bakı-Quba yolunda dəhşətli qəza olub.

Sputnik Azərbaycan bildirir ki, hadisə ötən gecə 02 radələrində  Siyəzən rayonunun Yenikənd ərazisindən keçən hissəsində olub. Qəzada 3 nəfər dünyasını dəyişib.

1982-ci il təvəllüdlü Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Tofaş" markalı avtomobillə "KamAZ" yük maşını toqquşub. Toqquşma nəticəsində  minik maşınının sürücüsü E.Əhmədov, həmyerliləri -  1994-cü il təvəllüdlü Şamo Əliyev və 1991-ci il təvəllüdlü Turan Əsgərov yerindəcə ölüblər.

Hadisə onlar Xaçmazdan qayıdan zaman baş verib.

Xəbər lenti
0