Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var

© Photo : APAQəza yerində, arxiv şəkli
Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Toyota Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

BAKI, 1 mart - Sputnik. Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. Qəza zamanı Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Tahir oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. “Toyota Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Xəbər lenti
0