CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metrodakı sərnişinlərin daşınmasına avtobuslar cəlb olundu - İşıqlar söndüyü üçün

© © Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmçinin, elektrik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-yə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb

BAKI, 27 fevral — Sputnik. Elektrik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin "Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu", "Neftçilər" və "Koroğlu" stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir. Belə ki, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, həmçinin, elektrik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-yə yaxın kəsişmədə svetoforların fəaliyyəti dayanıb. Svetoforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Xəbər lenti
0