04:42 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
10030

Koronavirus aşkarlanan Gürcüstan vətəndaşı İrandan ölkəmizə Azərbaycana məxsus taksi ilə gəlməyib. Onun gəldiyi taksi İranda fəaliyyət göstərən Raf olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. İranda koronavirusa yoluxan Gürcüstan vətəndaşının Azərbaycana hansı taksi ilə gəldiyi müzakirə olunan əsas mövzulardandır. Çünki Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze Sputnik Gürcüstan-a açıqlamasında bildirib ki, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi ilə bir yerdə gələn digər şəxslərin də bir neçəsi artıq Azərbaycanda xəstəxanaya yerləşdiriliblər.

İranda epdimioloji vəziyyət, arxiv şəkli
© WANA (West Asia News Agency)/Nazanin Tabatabaee via REUTERS

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxduğu bildirilən Marneuli sakini İrandan Azərbaycana İrana məxsus taksi ilə gəlib: "Koronavirus aşkarlanan Gürcüstan vətəndaşı İrandan ölkəmizə Azərbaycana məxsus taksi ilə gəlməyib. Onun gəldiyi taksi İranda fəaliyyət göstərən Raf olub. Ona görə də, həmin taksini ölkəmizlə bağlamaq düzgün deyil".

Qeyd edək ki, Gürcüstanda koronovirusun yeni növünə ilk yoluxma halı aşkarlanıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze deyib. O bildirib ki, Luqardakı laboratoriyadan ölkədə ilk dəfə koronavirus infeksiyası aşkar edilən testlərin nəticələrini alınıb: "Xəstəliyə yoluxan Gürcüstan vətəndaşıdır. O, dünən Azərbaycandan keçməklə İrandan ölkəyə qayıdıb", – deyə Tikaradze bildirib.

Azərbaycanın Dövlət Gömrük Komitəsi də İran İslam Respublikasından Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən Gürcüstan vətəndaşında koronavirus aşkarlanması ilə bağlı məlumat yayıb.

DGK-nın məlumatında bildirilb ki, həmin şəxs fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb: "Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib".

"Onu da qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb", - deyə məlumatda qeyd olunub.

Əsas mövzular