08:00 05 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
29810

Keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir

BAKI, 23 fevral — Sputnik. Çində aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, Astaradakı məntəqədə 1 saat ərzində havalandırma-dezinfeksiya işləri aparılıb və bu proses gündə bir dəfə həyata keçiriləcək. Biləsuvar məntəqəsinin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

Əlaqədar

Cənub qonşumuz koronavirusun cəngində - ölənlərin sayı 8 oldu
Azərbaycan XİN İrana gedən vətəndaşlara xəbərdarlıq etdi
ÜST SOS verdi: Virus Çin xaricində sürətlə yayılır, ölənlər var
Təhlükə qapının o üzündədir – Kandarı açıb keçməməsi üçün çox şey qurban gedəcək

Əsas mövzular