Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəza yerində cinayətin izinə düşdülər

© AP PhotoПоследствие аварии, фото из архива
Последствие аварии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət işi üzrə şahidlər dindirililib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

BAKI, 21 fevral — Sputnik. Fevralın 20-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1981-ci il təvəllüdlü Zaman Abdullayev qəza törədib. O, "KİA" markalı 90-UB-986 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək reklam lövhəsinə çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Sürücü sükan arxasında - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəbli sürücünü çaşdırıb, qəzaya səbəb oldu - VİDEO

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində "KİA" markalı avtomobilin əvvəlcə eyni istiqamətdə hərəkətdə olan, 1989-cu il təvəllüdlü Babalar Bayramovun idarə etdiyi "Ford" markalı 52-BK-626 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu müəyyən edilib. Avtomobil daha sonra idarəetməni itirərək reklam lövhəsinə çırpılıb, "Ford" markalı avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin B.Bayramov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, daha sonra sonuncunun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 21-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0