CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəhim Qazıyevin keçmiş kürəkənini tutdular

© Sputnik / Murad OrujovНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün Yasamal rayonu ərazisində Rəhim Qazıyev keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən döyülüb

BAKI, 20 fevral — Sputnik. Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyən keçmiş kürəkəni tutulub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, ötən gün Yasamal rayonu ərazisində Rəhim Qazıyev keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən döyülüb. Hadisə yerinə dərhal polis əməkdaşları gediblər və Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0