20:31 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
20 0 0

Bu, son həftə ərazində Zaqatalada yaşayış binasında baş verən ikinci yanğın hadisəsidir. Fevralın 14-də Zaqatala şəhəri C.Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində də yanğın baş verib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Zaqatalada yanğın olub. Hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri, F.Əmirov küçəsində baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, ikimərtəbəli çoxmənzilli yaşayış binasının zirzəmisində meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son həftə ərazində Zaqatalada yaşayış binasında baş verən ikinci yanğın hadisəsidir. Belə ki, fevralın 14-də Zaqatala şəhəri C.Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində də yanğın baş verib.

Əlaqədar

Şəmkirdə yanğın zamanı gözətçi ölüb
Bakıda avtomobil kül oldu - FOTO - VİDEO
Neftçalada yaşayış binası yanır, külək söndürməyə əngəl törədir - FOTO

Əsas mövzular