Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Buzovnada mühafizəçini qanına qəltan etdilər

© pixabay / PublicDomainPicturesНож в руке мужчины, фото из архива
Нож в руке мужчины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib.

BAKI, 20 fevral - Sputnik. Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0