Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Qazax yolunda ağır qəza olub, xəsarət alan var

© pixabay / NettoFigueiredoQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza nəticəsində 1995-ci il təvəllüdlü İbrahimov Mahir Tahir oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

BAKI, 20 fevral - Sputnik. Bakı-Qazax yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü İbrahimov Mahir Tahir oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0