BAKI, 18 fevral — Sputnik. "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlunun ölümü ilə bağlı cinayət işi başlanılıb.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb. TƏBİB-in məlumatına görə, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona anası iynə vurub. Mərhum iynədən sonra anafilaktik şok keçirib. Dərhal iki özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.