09:43 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
15 0 0

Gədəbəydə “Vaz 2106” və “UAZ” toqquşub, 3 nəfər ağır xəsarət alıb, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKI, 16 fevral - Sputnik. Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

Hərəkətə olan “VAZ 2106” markalı minik avtomobili ilə “UAZ” markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər - rayonun  Fərzalı kənd sakinləri 1977-ci il təvəllüdlü Məsimov Hafiz Səməndər oğlu, 1977-ci il təvəllüdlü Rüstəmov Xəyyam Təhməz oğlu və 1983-cü il təvəllüdlü Yusibov Ramiz Arif oğlu xəsarət alıb.

Xəsarət alanlar Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə yola salınıblar. Xəyyam Rüstəmovun vəziyyəti daha ağır olduğundan paytaxta yola salınıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əsas mövzular