Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda iki nəfər itkin düşüb - FOTO

© REUTERS / Christian HartmannKişi, arxiv şəkli
Kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub.Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub.

BAKI, 14 fevral — Sputnik. Göyçayda iki nəfər itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan biri Göyçay rayonu Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev dir.

© AR Ministry of Internal AffairsRamiz Hacıyev
Göyçayda iki nəfər itkin düşüb - FOTO - Sputnik Azərbaycan
Ramiz Hacıyev

Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkcə olub.

Digər itkin düşən şəxs isə Göyçay şəhər sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərovdur. O, fevralın 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.  Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkcə, cins şalvar və qara rəngli ayaqqabı olub.

© AR Ministry of Internal Affairs Tərlan İsgəndərov
Göyçayda iki nəfər itkin düşüb - FOTO - Sputnik Azərbaycan
Tərlan İsgəndərov

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti
0