CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdarda yenə torpaq sürüşdü

© Sputnik / Irade JELILBadamdarda vəziyyət, 5 fevral 2020
Badamdarda vəziyyət, 5 fevral 2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl yanvarın 9-da eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci Sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb

BAKI, 14 fevral — Sputnik. Badamdar sürüşmə kütləsində üzərində uçqunlar baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün sürüşmənin üzərində 50 metr enində torpaq kütləsi 20 metr irəliyə doğru sürüşüb.

Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci Sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

Xəbər lenti
0