Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təyyarə qəzasında ölən türklərin adları məlum oldu

© © Demiroren News Agency (DHA) / AFPНа месте происшествия в Стамбуле
На месте происшествия в Стамбуле - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbul valisi Əli Yerlikayanın sözlərinə görə, hadisə zamanı 180 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb. Ölənlər Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurtdur.

BAKI, 6 fevral — Sputnik. Türkiyədə İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanaraq 3 yerə parçalanıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən axşam saat 18:19 (Bakı vaxtı ilə 19:19) radələrində baş verib. Təyyarədə 177 sərnişin və 6 ekipaj üzvü olub.

İstanbul valisi Əli Yerlikayanın sözlərinə görə, hadisə zamanı 180 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb. Ölənlər Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurtdur.

Otuz metr yüksəklikdən yerə çırpılan təyyarə 50-60 metr irəlilədikdən sonra parçalanıb. Təyyarə parçalanandan sonra yanğın başlayıb. Sərnişinlərin bəzisi özü təyyarərdən çıxa bilib.

Təyyarədə 22 nəfər əcnəbi olub.

Qeyd edək ki, yaralılardan dördünün vəziyəti orta-ağır, digərlərinin vəziyyəti isə stabildir. Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün Anadolu Baş Prokurorluğunda araşdırma başlanılıb.

Xəbər lenti
0