CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə partlayış olub, yaralılar var

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alanlara dərhal lazımi tibbi yardım göstərilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir

BAKI, 2 fevral — Sputnik. Gəncədə evdə partlayış olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0