09:47 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
178 0 0

Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Kraz yolu" adlanan ərazisində qeydə alınıb

BAKI, 27 yanvar — Sputnik. Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Kraz yolu" adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə 2 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində, daha 1 nəfər xəstəxanada ölüb.

Qəza zamanı 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanov həlak olublar. 

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular