CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada əməliyyat: bir-birini "satdılar" - FOTO

© Sputnik / Murad OrujovАвтомобиль патрульно-постовой службы в Баку
Автомобиль патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşayış evində aparılan axtarış zamanı 5 ədəd bağlamada 6 kiloqram 40 qram narkotik vasitə tiryək, bir bükümdə 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Astarada narkotacirlər iş başında saxlanılıblar.

Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis kapitanı Aqşin Axundovun Sputnik Azərbaycan-a verdiyi xəbərə əsasən, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Şahağacı kənd sakini Oktay Quliyev narkotik vasitə heroini satarkən saxlanılıb.

© Sputnik / Rahim MuradovAstara rayonu Şahağacı kənd sakini Oktay Quliyev
Astarada əməliyyat: bir-birini satdılar - FOTO - Sputnik Azərbaycan
Astara rayonu Şahağacı kənd sakini Oktay Quliyev

"Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla O.Quliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və həmin şəxsin Astaranın Şahağacı kənd sakini Emin Mikayılov olduğu məlum olub. E.Mikayılov 2 bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb və üzərindən əlavə olaraq 5 bükümdə heroin aşkarlanaraq götürülüb.

© Sputnik / Rahim MuradovAstaranın Şahağacı kənd sakini Emin Mikayılov
Astarada əməliyyat: bir-birini satdılar - FOTO - Sputnik Azərbaycan
Astaranın Şahağacı kənd sakini Emin Mikayılov

Əməliyyat tədbirlərinin davamı olaraq E.Mikayılovun evində aparılan axtarış zamanı 5 ədəd bağlamada 6 kiloqram 40 qram narkotik vasitə tiryək, bir bükümdə 70 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb", - deyə müstəntiq bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Astara şəhər sakini Günay Cəfərova 1 bükümdə metamfetamin satarkən saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən oradan əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb.

© Sputnik / Rahim MuradovAstara rayon sakini Günay Cəfərova
Astarada əməliyyat: bir-birini satdılar - FOTO - Sputnik Azərbaycan
Astara rayon sakini Günay Cəfərova

Araşdırmalarla G.Cəfərovanın psixotrop maddəni Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib. S.Əliyev 1 bükümdə metamfetamini və 1 ədəd metadon həbini satdıqdan sonra saxlanılıb.

© Sputnik / Rahim MuradovAstara rayon sakini Siyavuş Əliyev
Astarada əməliyyat: bir-birini satdılar - FOTO - Sputnik Azərbaycan
Astara rayon sakini Siyavuş Əliyev

Onun üzərindən 1 bükümdə heroin, 6 bükümdə metamfetamin, yaşadığı evdən isə 1 kiloqram heroin və elektron tərəzi aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0