Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir ailə məhv oldu: İsmayıllıda qəzada ata, ana və qızları ölüb

© Sputnik / Ilham AhmadovBilzan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Bilzan kəndi ərazisində yol-nəqliyyat hadisəsi  - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlər “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyevadır.

BAKI, 26 yanvar — Sputnik. Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

© Sputnik / Ilham AhmadovBilzan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Bir ailə məhv oldu: İsmayıllıda qəzada ata, ana və qızları ölüb - Sputnik Azərbaycan
Bilzan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb. Ölənlər “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyevadır.

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

© Sputnik / Ilham Ahmadov
Bilzan kəndi ərazisində yol-nəqliyyat hadisəsi  - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Ahmadov
Bilzan kəndi ərazisində yol-nəqliyyat hadisəsi  - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Ahmadov
Bilzan kəndi ərazisində yol-nəqliyyat hadisəsi  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər yaralıların təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparıldığı bildirilir.

Xəbər lenti
0