Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tapançası belində, avtomatı evində - Gəncə sakini silah-sursat saxlayıb

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidAvtomat və güllələlər, arxiv şəkli
Avtomat və güllələlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində "Makarov" sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.

BAKI, 21 yanvar — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində "Makarov" sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.

© AR Ministry of Internal AffairsGəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov
Tapançası belində, avtomatı evində - Gəncə sakini silah-sursat saxlayıb - Sputnik Azərbaycan
Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş "Kalaşnikov AK 74" markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibrli avtomat güllələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0