CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirvanda dəmiryolundan oğurluq edilib

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidЖелезнодорожные пути, фото из архива
Железнодорожные пути, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı rels altlıqları və bərkidicilər ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb

BAKI, 21 yanvar — Sputnik. Şirvanda dəmiryolundan oğurluq edən şəxslər saxlanılıblar. Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ötən gün dəmir yol ustası Coşqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidicinin oğurlandığını bildirib.

Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib, oğuladığı rels altlıqları və bərkidicilər ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.

Xəbər lenti
0