CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda oğurluq qaz sayğacları quraşdırılır - "Azəriqaz" xəbərdarlıq etdi

© Sputnik / Anar MustafayevQaz ventili, arxiv şəkli
Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov vətəndaşları diqqətli olmağa səsləyib6 "Belə halla qarşılaşan şəxslər hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər"

BAKI, 20 yanvar — Sputnik. Bakıda oğurluq qaz sayğacları quraşdırılır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı olaraq  "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Газовая плита, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azəriqaz" yeni mənzillərdə yaşayan sakinləri sevindirdi

O bildirib ki, bəzi işbazlar smart tipli sayğacları oğurlayıb, əhalinin az yaşadığı ərazilərdə satırlar. Qurum rəsmisinin sözlərinə görə, bir müddət əvvəl Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən NZS qəsəbəsində smart tipli qaz sayğaclarının olmaması aşkarlanıb. Araşdırma aparıldıqdan sonra isə məlum olub ki, həmin sayğaclar orada hansısa işbazlar tərəfindən quraşdırılıb: "Onlar başqa ərazidən sayğacları oğurlayıb, burada quraşdırıblar. İşbazlar sayğaclara müdaxilə etdikdən sonra sakinlər qazdan istifadə ediblər. Beləcə onlar hər ay gəlib, vətəndaşlardan razılaşdığı məbləği alıblar. Hər dəfə bir bəhanə ilə kart verəcəklərini desələr də, vədlərinə əməl etməyiblər".

"Çünki hər bir sayğaca görə abonentə bir kart kodlaşdırılır. Belə hal aşkarlanandan sonra əraziyə baş çəkdik. Sayğacın hər birinin mərkəzi bazada öz kodu, nömrəsi var. Bəlli olub ki, bu sayğaclarının bir qismi vaxtilə ayrı-ayrı ünvanlardan oğurlanan smart tipli qaz sayğacıdır", - deyə o əlavə edib.

C.Səfərov bu kimi halların təkrarlanmaması üçün vətəndaşları diqqətli olmağa səsləyib: "Belə halla qarşılaşan şəxslər hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Xatırladım ki, bu yaxınlarda bu tip qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edildilər. Qaz sayğacını oğurlayan Suraxanı və Nəsimi rayon sakinləri üç il müddətinə azadlıqdan məhrum olundular".

Xəbər lenti
0