CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda QHT sədri qəzada öldü

CC0 / marcelabr / glassОсколки стекла, архивное фото
Осколки стекла, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Saatlıda iki avtomobil toqquşub. Qəzada yaralanan Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərov xəstəxanada keçinib

BAKI, 18 yanvar — Sputnik. Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində baş verib. Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi "VAZ 21074" markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini Səmədov Əbülfət Ərəstun oğlunun idarə etdiyi "Mitsubishi" markalı 90 OZ 941 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Mitsubishi"də olan sərnişinlər - Elşad Teymurov və Feyruz Minbaşıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. N. Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0