13:44 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
HADİSƏ
Qısa URL
32 0 0

Nənənin vəziyyətinin kafi olduğu bildirilir. Uşaq isə səhhətinin ciddiliyi ilə əlaqədar paytaxt xəstəxanalarından birinə göndərilib

BAKI, 7 yanvar — Sputnik. Samuxda partlayış baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü İsmayılova Elmira Kərəm qızı və onun nəvəsi, 6 yaşlı İsmayılova Elmira Elçin qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılara lazımi tibbi  yardım göstərilib, nənənin vəziyyətinin kafi olduğu bildirilir. Uşaq isə səhhətinin ciddiliyi ilə əlaqədar paytaxt xəstəxanalarından birinə göndərilib.

Qeyd edək ki, hadisənin yaşayış evində qaz sızmasından baş verdiyi ehtimal olunur. Təfərrüat araşdırılır.

Əsas mövzular