CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda avtobus çörək maşınıyla toqquşdu, xəsarət alanlar var

© Photo : APAQəzaya uğramış avtobus
Qəzaya uğramış avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobusda olan sərnişinlər arasında xəsarət alanlar var. Qəza səbəbindən hadisə baş verən ərazidə tıxac yaranıb

BAKI, 7 yanvar — Sputnik. Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

202 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu çörək daşıyan yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər arasında xəsarət alanlar var. Qəza səbəbindən ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0