Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Varlanmaq istəyi baş tutmadı – Dubaydan Bakıya qızıl gətirilməsinin qarşısı alınıb - FOTO

CC0 / timcgundert / goldQızıl sikkələrlə dolu küp, arxiv şəkli
Qızıl sikkələrlə dolu küp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hava limanında gömrük nəzarətindən gizlədilən, 20 ədəd ümumi çəkisi 622,15 qram olan qızıl sikkələr aşkarlanıb

BAKI, 28 dekabr — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıldan hazırlanan pul sikkələrin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

© The State Customs Committee of ARDubaydan Azərbaycana gizli yolla qızıl sikkələr gətirilməsinin qarşısı alınıb
Varlanmaq istəyi baş tutmadı – Dubaydan Bakıya qızıl gətirilməsinin qarşısı alınıb - FOTO - Sputnik Azərbaycan
Dubaydan Azərbaycana gizli yolla qızıl sikkələr gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsindən (DGK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı aparatdan keçərkən, üzərində gömrüyə bəyan olunası əşyaların olması barədə gömrük əməkdaşında şübhə yaranıb və ona ayaq nahiyəsində olan əşyanı təqdim etməsi təklif edilib. Bu zaman hər iki ayağında olan corabın içərisindəki 2 ədəd bükümdə ön tərəfində "Elizabeth II Australia 100 dollars" sözləri, arxa tərəfində isə "Australian Kangaroo 2019 1oz 9999 gold" sözləri həkk olunan, gömrük nəzarətindən gizlədilən, 20 ədəd ümumi çəkisi 622,15 qram olan qızıl sikkələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0