Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda yer neçə dəfə yerindən oynayıb? - Rəsmi açıqlama

© Mario Tama / Getty Images / AFPДорога после землетрясения, фото из архива
Дорога после землетрясения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-nin seysmik stansiyaları tərəfindən 12 914 zəlzələ qeydə alınıb.

BAKI, 19 dekabr — Sputnik. 2019-cu il ərzində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) aparılmış kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və əldə edilmiş nəticələr açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2019-cu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-nin seysmik stansiyaları tərəfindən 12 914 zəlzələ qeydə alınıb. Məlumatda bildirilir ki, litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlər daim baş verir. Qeydə alınmış zəlzələlərin 5298-nin yerli, 6748-nin isə regional zəlzələlərdir.

Ümumiyyətlə, Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarı olan zəlzələlərdir. Respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş verib. Ən güclü zəlzələ isə 5 fevral 2019-cu il tarixində Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 5.2 olub. Bununla yanaşı, il ərzində RSXM-nin seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı püskürməsi qeydə alınıb ki, həmin püskürmənin ikisi (Quşçu vulkanı) Şamaxı-İsmayıllı-Ağsu zəlzələsindən sonra 5 fevral 2019-cu il tarixində, biri isə 13 fevral 2019-cu il tarixində qeydə alınıb.

Xəbər lenti
0