CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaçıları tora salan fırıldaqçılar peyda olub - Onlara aldanmayın!

© Sputnik / Anar MustafayevЗвонок по стационарному телефону, фото из архива
Звонок по стационарному телефону, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Pensiya kartlarına, kənardan pul köçürülməsi qəti mümkün deyil. Təqaüdçülərin pensiya kartına yalnız kodlaşmış şəkildə pensiya köçürülür

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Fırıldaqçılar indi də yeni üsula əl atıblar. Dələduzlar təqaüdçülərə zəng edərək pensiya məbləğlərinin artdığını bildirir, artan məbləğin pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini və şəxsiyyət vəsiqələrinin zəruri məlumatlarını istəyirlər.

Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu rayonlar üzrə pensiya təyinatı ilə bağlı qaydalar dəyişir

Zərərçəkənlərdən biri də paytaxt sakini Validə Əşrəfovadır. Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini Validə Əşrəfova bildirir ki, tanımadıqları nömrədən onların ev telefonlarına zəng gəlib. Bildirilib ki, pensiyalar 40 manat artıb. Artan məbləği karta yükləmək üçün yaşlı qadından lazımi məlumatları tələb ediblər. Təqaüdçünün qızı zəngdən şübhələnərək zəruri məlumatların həmin şəxsə verilməsinə mane olub. Validə Əşrəfova bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna zəng edib. Bildirilib ki, artımla bağlı heç bir vətəndaşın evinə zəng edilmir.

Məlumatı Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı şöbəsinin müdiri Eyvaz Hüseynov təsdiqləyib. O bildirib ki, bununla bağlı ƏƏSMN-nin "qaynar xətti"nə şikayətlər daxil olub.

E.Hüseynov bildirib ki, pensiyalar artdıqda bu proses sistem tərəfindən elektronlaşmış qaydada həyata keçirilir: "Burada heç bir vətəndaşdan əlavə sənəd tələb edilməsinə və zəng edilməsinə ehtiyac qalmır. Proses avtomatlaşdırılmış qaydada həyata keçirildiyindən vətəndaşlarla əlaqə saxlanılmasına, hətta Fondun əməkdaşlarının belə hər hansı bildiriş göndərməsinə zərurət yaranmır. Bundan əlavə, pensiyaların məbləği yenidən hesablanarkən və yaxud pensiyalar vətəndaşların kart hesabına köçürülərkən, pensiya işinin nömrəsinə uyğun olaraq adlı siyahılar banka təqdim olunur.

Женщина у банкомата - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlikdən pensiya ilə bağlı ittihamlara - CAVAB

Bankda vətəndaşın iş nömrəsinə və FİN nömrəsinə uyğun olaraq siyahılar "Azərkart"a köçürülür. Sonra həmin ödənişlər vətəndaşların kart hesabına köçürülür. Fondun işçisi belə heç bir pensiyaçının kart hesabını görmür".

E.Hüseynov bildirib ki, pensiya kartlarına kənardan pul köçürülməsi qəti mümkün deyil: "Təqaüdçülərin pensiya kartına yalnız kodlaşmış şəkildə pensiya köçürülür. Proses elektronlaşmış qaydada həyata keçirildiyindən hesablar yalnız banklardadır. Məxfi məlumatlar kateqoriyasına aid olduğu üçün pensiyaçılar da bu məlumatları heç kəsə verməməlidirlər. Hətta pensiyaçılar bizim rayon şöbələrinin işçilərinə belə bu məxfi məlumatları təqdim etməməlidirlər".

Şöbə müdiri deyir ki, bu məlumatları vətəndaşlardan tələb edənlər başqa məqsəd güdən şəxslərdir:

"Pensiyaçılar belə zənglərə aldanmasınlar. Hər ilin əvvəli pensiyaların məbləği indeksləşdirilərək artırılır. Gələn ilin növbəti ayından da pensiyaların məbləği artırılacaq. Bu artımlar da vətəndaşlara heç bir müraciət edilmədən, heç bir sənəd təqdim olunmadan avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək".

E.Hüseynovun sözlərinə görə, artıq bu istiqamətdə araşdırmalara başlanılıb: "Vətəndaşlara izah edilib ki, onlara zəng edən şəxslərin Fondun əməkdaşları ilə heç bir əlaqəsi yoxdur. Hazırda faktlar üzrə araşdırmalara başlanılıb".

ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burada onların məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır: "Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər. Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür".

Xəbər lenti
0