CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir ailə qutabdan zəhərlənib

© Sputnik / Kirill Braga / Mediabanka keçidБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qusar rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, zəhərlənənlərdən 6-sı uşaq olub, onlar dərhal uşaq şöbəsinə yerləşdiriliblər və hamısına ilk tibbi yardım göstərilib

BAKI, 16 dekabr — Sputnik. Qusar rayonunun Qalacıq kəndində zəhərlənmə hadisəsi baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, ailənin 8 üzvü qidadan zəhərlənərək rayon mərkəzi xəstəxanasına çatdırıb. Hadisə axşam saatlarında olub.

Belə ki, 56 yaşlı Ağaəfəndi Əliəfəndi oğlu, 30 yaşlı Aygün Fikrət qızı, 8 yaşlı Məmmədəli Kamran oğlu, 5 yaşlı Seyidəli Kamran oğlu, 2 yaşlı Şəfa Kamran qızı, 8 yaşlı Mədinə Tərlan qızı, 9 yaşlı Lalə Tərlan qızı və Nəsibə Ağakişiyevlər evlərində qida qəbul etdikdən sonra özlərini pis hiss etdiklərindən Qusar xəstəxanasına çatdırılıblar.

Qusar rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, zəhərlənənlərdən 6-sı uşaq olub, onlar dərhal uşaq şöbəsinə yerləşdiriliblər və hamısına ilk tibbi yardım göstərilib. Lazımi tibbi yardımdan sonra zəhərlənənlərin 8-i də evə buraxılıb. Vəziyyətləri stabildir. Ağakişiyevlərin göy qutabından zəhərləndikləri bildirilir. Araşdırma başlanılıb.

Xəbər lenti
0