Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

On iki minlik saat oğurlayanlar tutuldular

© AP Photo / Kin CheungSaat, arxiv şəkli
Saat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

BAKI, 15 dekabr — Sputnik. Dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Бакинская полиция раскрыла дело о хищении домофонов и систем сигнализации со склада одной из частных компаний - Sputnik Azərbaycan
HADİSƏ
Yasamalda oğru dəstəsi tutuldu - FOTO

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Xəbər lenti
0