Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda daha bir iri bazar yanır - VİDEO

© Sputnik / Irade JELILBakıda ticarət mərkəzində güclü yanğın başlayıb
Bakıda ticarət mərkəzində güclü yanğın başlayıb - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub.

BAKI, 14 dekabr — Sputnik. Bakıda bazar yanır.

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə,  "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti
0