09:36 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
18 0 0

Deputat Nadiraşvilinin iclas zalında naməlum mənşəli mayeni tökməsi nəticəsində qanunverici orqanın işində fasilə yaranıb, deputatlar zalı tərk ediblər

BAKI, 12 dekabr — Sputnik. Müxalifətçi deputat İrma Nadiraşvilinin Gürcüstan parlamentinin iclas zalında naməlum maye tökməsindən sonra deputatların tibbi yardıma ehtiyacı olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu millət vəkili Nino Tsilosani deyib.

Bir müddət əvvəl parlamentin vitse-spikeri Georgi Volski "İmedi" telekanalına verdiyi müsahibədə bildirib ki, müxalifətçi "Avropa Gürcüstanı - Azadlıq Hərəkatı" partiyasından olan deputat İrma Nadiraşvilinin iclas zalında naməlum mənşəli mayeni tökməsi nəticəsində qanunverici orqanın işində fasilə yaranıb, deputatlar zalı tərk ediblər.

"Bir çoxumuz özümüzü çox pis hiss edirik. Təcili tibbi yardım çağırdıq", - Tsilosani jurnalistlərə deyib.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze insidenti kimyəvi hücum kimi dəyərləndirib. 

Parlamentin vitse-spikeri Mamuka Mdinaradze hesab edir ki, hadisəni İrma Nadiraşvili və Lela Keburiya törədiblər. O, hər iki deputatın üzr istəməsini tələb edib.

Müxalifətçilər cümə axşamı səhər saatlarından etibarən parlament binası qarşısında aksiya keçirərək Gürcüstan Ali Məhkəməsinə hakimliyə namizədlərin təsdiqlənməsinə qarşı çıxıblar. Namizədlərin təsdiqlənməsi ilə bağlı səsvermə bu gün ərzində keçirilməlidir.

Əsas mövzular