Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda faciə: Yük maşını iki tələbənin üstündən keçdi

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
“KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib

BAKI, 10 dekabr – Sputnik. Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Xəbər lenti
0