22:23 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
433430

Təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub

BAKI, 10 dekabr — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirliyin yaydığı məlumatda deyilir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir.

  • Eurohome tikinti bazarında yanğın
    "Eurohome" tikinti bazarında yanğın
    © Sputnik / Irade JELIL
  • Eurohome tikinti bazarında yanğın
    "Eurohome" tikinti bazarında yanğın
    © Ministry of Emergency Situations of Azerbaijan Republic
  • Eurohome tikinti bazarında yanğın
    "Eurohome" tikinti bazarında yanğın
    © Sputnik / Irade JELIL
  • Eurohome tikinti bazarında yanğın
    "Eurohome" tikinti bazarında yanğın
    © Sputnik / Irade JELIL
  • Eurohome tikinti bazarında yanğın
    "Eurohome" tikinti bazarında yanğın
    © Ministry of Emergency Situations of Azerbaijan Republic
1 / 5
© Sputnik / Irade JELIL
"Eurohome" tikinti bazarında yanğın

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.  Hazırda araşdırma işləri davam etdirilir.

Əlaqədar

"EuroHome"u söndürmək üçün helikopterdan və təyyarədən əlavə, qatar da gətirilir
Yollar yanğına görə bağlanıb, polisdən ALTERNATİV TƏKLİF
Yanğında xəsarət alanların sayı artdı, bir nəfərin əli kəsilib
Yanğın səbəbindən yollar bağlandı
Bakıda iri tikinti bazarı yanır - VİDEO

Əsas mövzular