Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda körpələrə işgəncə verən valideynlərlə bağlı faktlar prokurorluğa göndərilib

© Sputnik / Anar MustafayevDaxili işlər nazirliyi
Daxili işlər nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrində aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib

BAKI, 9 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlıların valideyn işgəncəsinə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə açıqlamasında qeyd edib ki, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102 xidməti”nə zəng edərək mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Qulu və Hüseynin ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib.

Ребенок - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda iki körpənin dəhşətli işgəncəyə məruz qalması ilə bağlı araşdırmalara başlanılıb

Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb, hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrində aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib.

Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, sosial şəbəkələrdə N.Əkbərovanın ögey övladlarına işgəncə verməsinə dair məlumatlar yayılıb.

Xəbər lenti
0