10:18 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
31 0 0

28 yaşlı gəncin yaxınlarının sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən toy şənliyində sinəsindən bıçaqlanıb

BAKI, 8 dekabr — Sputnik. Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayondakı “Sultan Plaza” şadlıq sarayında qeydə alınıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Elman Elşən oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub.

28 yaşlı xəstənin vəziyyətinin kafi olduğu bildirilir. E.Cəfərovun yaxınlarının sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən toy şənliyində bıçaqlanıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əsas mövzular