Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəbələdə ağır qəza: ölən və yaralananlar var

CC0 / Artyom Kulakov / carАвария, фото из архива
Авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı Ağdaş sakini, 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlu aldığı xəsarətlərdən ölüb

BAKI, 7 dekabr — Sputnik. Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili "VAZ 21015" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı Ağdaş sakini, 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlu aldığı xəsarətlərdən ölüb, Qəbələ rayon sakinləri - 1990-cı il təvəllüdlü Abdürrəhmanov Bəyalı Bəylər oğlu və 1978-ci il təvəllüdlü İbayeva Nurlana Yədulla qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0