CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qatar avtomobillə toqquşdu - ölənlər var

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidЖелезнодорожные пути, фото из архива
Железнодорожные пути, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub

BAKI, 4 dekabr — Sputnik. Saatlı rayonunda qatar avtomobillə toqquşub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə bu gün səhər saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində "VAZ-2106" markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsindən bildirilib ki, hadisə bu gün saat 09:40-da Saatlı-Becar mənzilində baş verib.

Meyit, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xaçmazda dəhşətli faciə: 20 yaşlı gənc iki yerə bölündü

"Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən 54 BJ 612 nömrə nişanlı "Jiquli" markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu"nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

Xəbər lenti
0