Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qarovulçu lift çuxuruna düşüb can verdi

© Sputnik / Aleksey Nichukin / Mediabanka keçidКнопочная панель лифта, фото из архива
Кнопочная панель лифта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə cinayət işi açılıb.

BAKI, 3 dekabr — Sputnik.  Bakıda ölümlə nəticələnən ölüm hadisəsi baş verib. Hüququ mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, ölüm hadisəsi Binəqədi rayonunda qeydə alınıb.

Canpolad Qurbanov dekabrın 2-də qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.

Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.

Xəbər lenti
0