13:56 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Çörək bişirmə zavodu

Bu çörəkdən dadmaq istəməzdiniz - FOTO

© Sputnik / Aleksandr Kryazhev
HADİSƏ
Qısa URL
2601

Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA əməkdaşları İmişli rayonu M.Əsədov ev 34 ünvanında vətəndaş İbrahimov Xəqani Abbasəli oğluna məxsus çörək sexinə baxış keçiriblər.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb. Məlum olub ki, müəssisədə temperatur və rütubət rejiminə əməl edilmir. Un anbarda divarla məsafə gözlənilmədən yığılıb saxlanılır. Müəssisədə istifadə edilən alət və ləvazımatların, çörək yığılan rəfin istismar müddəti keçib, onların dezinfeksiyası normalara uyğun aparılmır.

© The Food Safety Agency of the Republic of Azerbaijan.
İmişli rayonunda çörək bişirmə sexi

Çörək bişirilən təndirlərdən 2 metr məsafədə sanitariya qovşağının olduğu, müəssisənin giriş hissəsində isə ev heyvanlarının saxlanıldığı aşkarlanıb.

Yoxlama zamanı xəmir kündələrinin üstünün un kisələri ilə örtüldüyü aşkar olunub. Müəyyən edilib ki, müəssisədə istifadə olunan su mərkəzləşdirilmiş sistemdən götürülsə də, filtrdən keçirilmir, döşəmə, divar və tavan asan yuyulub-təmizlənə bilən gigiyenik materiallarla üzlənməyib.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

  • İmişli rayonunda çörək bişirmə sexi
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
  • İmişli rayonunda çörək bişirmə sexi
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
  • İmişli rayonunda çörək bişirmə sexi
    © The Food Safety Agency of the Republic of Azerbaijan.
1 / 3
© The Food Safety Agency of the Republic of Azerbaijan.
İmişli rayonunda çörək bişirmə sexi

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Əsas mövzular