CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir ailənin dörd üzvü zəhərləndi

© Sputnik / Anton Vergun / Mediabanka keçidВ больнице, фото из архива
В больнице, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər.

BAKI, 29 noyabr — Sputnik. Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin dörd üzvü zəhərlənib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kiliki Tibbi Mərkəzə çatdırılıblar.

Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda müalicələri davam edir. 2 saylı uşaq xəstəxanasından verilən məlumata görə, qızlara lazımi tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Xəbər lenti
0