Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Evdən silah-sursat və narkotik götürüldü

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidHəbs
Həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat tədbirləri nəticəsində narkotik maddə olan tiryək, marixuana, eləcə bir ədəd əl qumbarası, bir ədəd partladıcı və 17 ədəd 9mm patron aşkar edilərək götürülüb

BAKI, 28 noyabr — Sputnik. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Mehman Babayev saxlanılıb.

Naqan markalı tapança, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Qanunsuz silah gəzdirən keçmiş məhkum tutuldu

Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, şəxsi axtarış zamanı ondan 0,233 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevə məxsus Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan narkotik maddə olan tiryək, satış üçün kibrit qutularında və sellofan bükümlərdə saxlanılan ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə bir ədəd əl qumbarası, bir ədəd partladıcı və 17 ədəd 9mm patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti
0