Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə 7 yaşlı qız sinifdə öldü

© Sputnik / Elvin AhmadШкольница делает уроки по русскому языку, фото из архива
Школьница делает уроки по русскому языку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşağın ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub

BAKI, 26 noyabr — Sputnik. Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.

Elina Hacıyevanın anım mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elina Hacıyevanın anım mərasimindən kadrlar

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 7 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Ölən uşağın məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli olub. İlkin ehtimallara görə, 6 yaşlı qız xəstəlikdən ölüb. Onun ölümünün dəqiq səbəbləri aparılan tibbi ekspertizadan sonra məlum olacaq.  

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0