Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda həyəcanlı gecə: Bu dəfə 6 tələbə zəhərləndi

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Onlara lazımi tibbi yardım göstərilib və tələbələr evə buraxılıblar

BAKI, 26 noyabr — Sputnik. Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Zəhərlənmə diaqnozu ilə daha bir qız xəstəxanaya çatdırıldı

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayədə qaldıqları Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Onlara lazımi tibbi yardım göstərilib və tələbələr evə buraxılıblar.

Xəbər lenti
0